Milli komandanın 5 futbolçusu KARANTİNƏ ALINDI
09 noyabr 2021 16:25 (UTC +04:00)

Milli komandanın 5 futbolçusu KARANTİNƏ ALINDI

Almaniya millisi DÇ-2022-nin seçmə mərhələsinin noyabr oyunları ərəfəsində xoşagəlməz halla üzləşib.

Lent.az Apasport.az saytına istinadən bildirir ki, yığmanın 5 futbolçusu karantinə alınıb.

Buna səbəb onların koronavirusa yoluxan komanda yoldaşları ilə sıx təmasda olmasıdır. Bu oyunçuların adları rəsmən açıqlanmasa da, Niklas Züle və Yozua Kimmixin də onlar arasında olduğu iddia edilir.

Komandanın digər üzvlərinin testləri mənfi nəticələnib. Onlar qarşıdakı matçların hazırlığını davam etdirir.

Qeyd edək ki, Bundestim DÇ-2022-nin seçmə mərhələsində noyabrın 11-də Lixtenşteyn, üç gün sonra Ermənistanla qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3894
avatar

Oxşar yazılar