"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-də ayın oyunçusu seçilib.
Lent.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, oktyabrda 37 yaşlı argentinalı MLS-in adi mövsümündə 3 oyun keçirib. Bu oyunlarda 5 qol vurub və bir məhsuldar ötürmə edib.
Lionel Messi, liqa tarixində ehtiyat oyunçular skamyasından çıxarkən üç qol vuran və bir məhsuldar ötürmə verən ilk oyunçu olmaqla, bütün zamanların MLS rekorduna imza atıb. Bundan əlavə, Messi "İnter Mayami" tarixinin bombardiri olub. Argentinalı futbolçu klubda 33 qol vurub və “Herons”da 32 qolu olan Ekvadorlu hücumçu Leonardo Kampananı geridə qoyub.