Məşhur futbolçu həbs edildi:   Növbəti QALMAQAL
10 sentyabr 2024 12:53 (UTC +04:00)

Məşhur futbolçu həbs edildi: Növbəti QALMAQAL

Keçən ilin iyul ayında Ben-Yedder böyük bir qalmaqalın qəhrəmanı olub. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, oyunçu və qardaşı tədbir zamanı iki qadına cinsi təcavüzdə ittiham olunublar.

Nəhayət, hücumçu 900 min avro məbləğində girov ödənildikdən sonra həbsdən azad edilib. Görünürdü ki, 34 yaşlı fransalının problemləri bununla bitib. Məlum olduğu kimi, yalnız müvəqqəti.

“L'Equipe” yazır ki, Ben Yedder həftə sonu yenidən həbs edilib. 23 yaşlı qadın onu növbəti zorlamada ittiham edib. İddialara görə, bu, fransalı hücumçunun hazırda yaşadığı Alp adalarında cümə günü baş verib.

Oyunçu bir neçə ittihamla üzləşib. Bunlara sərxoş halda cinsi təcavüz, həbsə müqavimət göstərmə və sərxoş halda avtomobil idarə etmək daxildir.
Məhkəmənin ilk iclası oktyabrın 15-nə təyin edilib. Cinayəti törətdiyi iddia edilən şəxsin zərərçəkmişə yaxınlaşması qadağan edilib.

Ben Yedder nəzarət altında qalacaq və müalicə alacaq. Ona olduğu yeri tərk etmək və ya axşam saat 8-dən sonra evindən çıxmaq və gecə klublarına baş çəkmək qadağan edilib.

Təcrübəli hücumçu Fransa millisində 19 oyun keçirib və 3 qol vurub. Ötən mövsümün sonuna kimi o, Monako təmsilçisində çıxış edib. Onun özünə yeni klub tapmayacağı ehtimalı yüksəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1593
avatar

Oxşar yazılar