"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü
01 may 2024 10:47 (UTC +04:00)

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

"Mançester Yunayted"in braziliyalı hücumçusu Antoni oyunlar zamanı onun şəkillərini çəkən şəxsi fotoqrafı işə götürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, fotoqrafın işinin məqsədi futbolçuya sosial şəbəkələr, eləcə də reklamçılar üçün eksklüziv fotoşəkillər təqdim etməkdir. Antoninin müxbirə nə qədər pul ödədiyi barədə məlumat verilmir.

Aprelin 27-də İngiltərə Premyer Liqasının (APL) 35-ci turunun “Bernli” ilə oyununda (1:1) hesabı açan Antoni oyuncaq Soniclə qolu qeyd edib. Oyuncağı ona şəxsi fotoqrafın verdiyi və bütün matçlara özü ilə apardığı deyilir. Bu qol braziliyalı üçün mövsümdə ilk qol olub.

Antoni 2022-ci ildə "Ayaks"dan 95 milyon avroya "Mançester Yunayted"ə keçib. İndi Transfermarkt portalı onun dəyərini 28 milyon dəyərində qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2925
avatar

Oxşar yazılar