"Mançester Yunayted"də Aleks Ferqyusonla bağlı QƏRAR
15 oktyabr 2024 18:56 (UTC +04:00)

"Mançester Yunayted"də Aleks Ferqyusonla bağlı QƏRAR

"Mançester Yunayted" rəhbərliyi komandanın keçmiş baş məşqçisi Ser Aleks Ferqyusona illik çoxmilyonluq ödənişləri kəsmək niyyətindədir. 

Lent.az bildirir ki, bu barədə “Athletic” məlumat yayıb.

Mənbənin informasiyasına görə, “Mançester Yunayted”in ortaq sahibi Cim Retkliff xərclərin azaldılması proqramını həyata keçirməyə davam edir. O, Ser Alekslə görüşüb və klubun artıq ona eyni məbləği ödəyə bilməyəcəyini izah edib. 82 yaşlı Ferqyusonla söhbətin müsbət bitdiyi bildirilir.

“Mançester Yunayted”in 2014-cü il maliyyə hesabatında Ferqyusona klubun qlobal səfiri kimi 2,16 milyon funt sterlinq ödənildiyi qeyd olunur.

Ser Aleks Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted”i çalışdırıb. O, 26 illik müddətdə 13 Premyer Liqa titulu da daxil olmaqla, ümumilikdə 38 kubok qazanaraq klub tarixinin ən uğurlu baş məşqçisinə çevrilib. Ferqyuson “Mançester Yunayted”in baş məşqçi postunu tərk etdikdən sonra klub heç vaxt İngiltərə çempionu ola bilməyib.

"Mançester Yunayted" Premyer Liqanın turnir cədvəlində 14-cü yerdədir. Oktyabrın 19-da Erik ten Haqın komandası evdə "Brentford"la qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6246
avatar

Oxşar yazılar