Levandovski və Yamal  Messinin nailiyyətlərini   təkrarladılar
21 oktyabr 2024 12:37 (UTC +04:00)

Levandovski və Yamal Messinin nailiyyətlərini təkrarladılar

Oktyabrın 20-də La Liqanın 10-cu turunun “Barselona” – “Sevilya” oyunu keçirilib. Görüş kataloniyalıların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Barselona"nın hücumçusu Robert Levandovski bu görüşdə dubla imza atıb. Beləliklə, Levandovski 2019/20 (12) mövsümündə Lionel Messidən sonra La Liqanın ilk 10 oyununda 12+ qol vuran ilk oyunçudur.

"Sevilya" ilə oyunda Lamin Yamal bir məhsuldar ötürmə ilə mövsümdəki ötürmə sayını 6-ya çatdırıb. 17 yaşlı ispan 2014-cü ildə Messidən sonra mövsümün ilk 10 oyununda 6+ məhsuldar ötürmə edən ilk "Barsselona" oyunçusudur. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348
avatar

Oxşar yazılar