"Barselona"nın cinah oyunçusu Lamin Yamal Lionel Messinin onun kumiri olmadığını etiraf edib, baxmayaraq ki, Yamal argentinalının dünyanın ən yaxşı futbolçusu olduğunu etiraf edib.
“Uşaqlıqda kumirim Neymar idi. Messi isə ən yaxşısı olsa da, Neymarın oynaması, necə olması... xoşuma gəlirdi”, - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Yamal deyib.
İki gün əvvəl “Əl-Hilal”ın hücumçusu Neymar 369 gündən sonra ilk dəfə meydana çıxıb. Ötən ilin oktyabrında Braziliya və Uruqvay oyununda braziliyalının çarpaz bağları yırtılmışdı.
Lamin Yamal 2023-cü ilin aprelində 15 yaş 9 aylıq olarkən Kataloniya təmsilçisinin böyük komandasında debüt edib. O, artıq "Barselona"nın heyətində 63 oyun keçirib, 12 qol vurub və 15 məhsuldar ötürmə edib.
17 yaşlı Lamin Yamal yayda İspaniya millisinin heyətində bütün oyunlarda start heyətdə meydana çıxaraq Avropa çempionu olub. Yamal millidə 17 oyun keçirib və 3 qol vurub.
Transfermarkt portalı Yamalın bazar dəyərini 150 milyon avro qiymətləndirir.