Koronavirusdan milyon qazanmağa çalışan idmançı tutuldu
09 iyun 2021 19:51 (UTC +04:00)

Koronavirusdan milyon qazanmağa çalışan idmançı tutuldu

Keçmiş sloveniyalı fiqurlu konkisürən, 48 yaşlı Luka Klasinc, ABŞ-da COVID-19 pandemiyasından zərərçəkən kiçik müəssisələrə dövlət yardımı ilə bağlı saxtakarlıq ittihamı ilə həbs olunub.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Klasinç bank saxtakarlığı və ağırlaşdırıcı şərtlərdə başqalarının şəxsi məlumatlarının qanunsuz istifadəsində ittiham olunur.

Manhettenın prokuroru Odri Ştraus, Klasinçin dünyanın hər yerində buz üzərində  əyləncə tədbirləri təşkil etdiyi şirkətinə bir milyon dollardan çox yardım almağa çalışmaq üçün saxta sənədlərdən istifadə etdiyini söyləyib.

“ABŞ-dakı kiçik müəssisələrin COVID-19 pandemiyası səbəbindən çətinliklər yaşadığı bir dövrdə, Klasinç fırıldaqçılıq yolu ilə asan pul qazanacağını düşünürdü. İndi açıq yalanlarına görə cavab verəcək”, - Odri Ştraus söyləyib.

Qeyd edək ki, Klasinç 1992-ci ildə Albervildəki Olimpiya oyunlarında iştirak edib və 26-cı yeri tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2031
avatar

Oxşar yazılar