Futbol üzrə İtaliya A Seriyasında Milanın “İnter” komandası “Yuventus”u qəbul edib.
Lent.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən matçda qalib müəyyənləşməyib.
“İnter”in heyətində qolları 15 və 37-ci dəqiqələrdə Pyotr Zelinski, 35-ci dəqiqədə Henrix Mxitaryan, 53-cü dəqiqədə isə Denzel Dümfriz vurub.
Qonaqların heyətində 20-ci dəqiqədə Duşan Vlahoviç, 26-cı dəqiqədə Timoti Vea, 71 və 82-ci dəqiqələrdə isə Kenan Yıldız fərqlənib.