Rusiyalı boksçu Dmitri Bivolun keçmiş həyat yoldaşı Yekatirina Bivol sosial şəbəkələrdə keçmiş ərindən 200 milyon rubl (2 milyon dollardan çox) və iki mənzil tələb edib.
“Uşaqlarınıza Sankt-Peterburqun mərkəzində mənzil al. Oğullarımın hər birinə 100 milyon rubl olmaqla onlara hesab aç. Və mən əbədi olaraq susacağam. Əgər belə olmayacaqsa, onda bu yalnız başlanğıcdır”, - Lent.az-ın Bivol yazıb.
2023-cü ilin iyununda Yekatirina 16 illik evliliyindən sonra oğulları Miron və Nikonun atası olan Dmitridən ayrıldığını bildirib.
Keçən həftə Bivol peşəkar rinqdə ilk məğlubiyyətini alıb, yüngül çəkidə mütləq dünya çempionu titulu uğrunda mübarizədə Artur Beterbievə uduzub. Bu döyüşə görə 33 yaşlı boksçu zəmanətli qonorar kimi təxminən 10 milyon dollar alıb.