Cənubi koreyalı hücumçu Hvan Iy Co böyük seks qalmaqalına qarışıb.
Futbolçu partnyorlarına xəbərdarlıq etmədən onlarla seksual hərəkətləri lentə almaqda günahlandırılıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, videolar Hvanın keçmiş sevgilisi onu şantaj etmək üçün keçən ilin iyun ayında sosial şəbəkədə yerləşdirdikdən sonra ortaya çıxıb.
Sentyabr ayında Hvan onu məhkəməyə verdikdən sonra şantaj etdiyinə görə üç il həbs cəzasına məhkum edildi. Lakin prokurorlar onun videonu qanunsuz çəkdiyini bildirdiyi üçün futbolçunun özünə qarşı da ittiham irəli sürülüb.
Məhkəmədə Hvan günahını etiraf edib və açıq şəkildə bağışlanmasını istəyib.
31 yaşlı Hvan Iy Co Avropada "Bordo", "Nottinqem", "Olimpiakos", "Norviç" klublarında çıxış edib və hazırda Türkiyənin "Alanyaspor" klubu ilə müqaviləsi var. Hücumçu ölkəsinin millisinin heyətində 62 oyunda 19 qol vurub.