“Fənərbaxça”nın futbolçusu “Ayaks”a keçə bilər – FOTO
19 mart 2022 09:55 (UTC +04:00)

“Fənərbaxça”nın futbolçusu “Ayaks”a keçə bilər – FOTO

“Fənərbaxça”nın qapıçısı Altay Bayındır Niderlanda köçə bilər.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, 24 yaşlı qolkiper “Ayaks”ın maraq dairəsinə düşüb.

Son vaxtlar yüksək səviyyəli çıxışla diqqət çəkən Türkiyə millisinin üzvünü Avropanın başqa klubları da bir müddətdir izləyir. Ancaq ilk rəsmi təklif “Ayaks”dan gəlib. İstanbul nəhəngi qapıçısını yalnız 15 milyon avroya sata biləcəyini qarşı tərəfə çatdırıb.

Qeyd edək ki, Altay Bayındırın “Fənərbaxça” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356
avatar

Oxşar yazılar