Dünya çempionu Moskvada narkotiklə tutuldu
03 iyun 2023 15:07 (UTC +04:00)

Dünya çempionu Moskvada narkotiklə tutuldu

Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları əlbəyaxa döyüş üzrə dünya çempionu Mövsər Baymasxanovu narkotik vasitə ilə yaxalayıblar.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə şəhərin mərkəzində, Testovskaya küçəsində qeydə alınıb. Yol polisi əməkdaşları sərnişini üzərində narkotik maddə olan bağlama aparan taksini saxlayıblar.

Faktla bağlı cinayət işi açılıb, polis bildirib. Bildirilib ki, saxlanılan şəxs Baymasxanovdur.

# 1821
avatar

Oxşar yazılar