Dönərdən 210 milyon  qazandı
26 fevral 2024 18:03 (UTC +04:00)

Dönərdən 210 milyon qazandı

Lukas Podolskinin 2018-ci ildə Almaniyada qurduğu dönər şəbəkəsi alman futbolçuya 210 milyon avro sərvət qazandırıb.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, bir müddət “Qalatasaray”da da çıxış edən Lukas Podolski futbolu buraxdıqdan sonra iş həyatı ilə hər kəsi heyran edib.

2017-ci ildə “Ice Cream United” dondurma brendini bazara çıxaran hücumçu ulduz bir il sonra Almaniyanın şimal-şərqində kabab zəncirinin əsasını qoyub və hazırda 30-a yaxın şöbəsi olan “Manqal Döner”i açıb.

Restoranlar şəbəkəsinə dəstəyini yüksək səslə bildirən alman futbolçu onun qiymətlərini müdafiə etməkdən, rəqiblərini tənqid etməkdən çəkinmir. Fenomenlərin, veteran futbolçuların və azarkeşlərin qatıldığı musiqi festivalı, idman mərkəzi və futbol turniri də təşkil edən Podolski 210 milyon avro sərvət əldə edib.

Hələ də Polşada çıxış edən təcrübəli futbolçu Almaniya millisi ilə 2014-cü ildə dünya çempionatının qalibi olub. “Qalatasaray”dan başqa ölkəmizdə “Antalyaspor”da da çıxış edən Podolski karyerasında “Köln”, “Bavariya”, “İnter” və “Arsenal” komandalarında da oynayıb.

# 5085
avatar

Oxşar yazılar