Di Mariya 18 ildən sonra  “Rosario Sentral”a qayıtdı
08 iyul 2025 17:06 (UTC +04:00)

Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı

Argentina millisinin heyətində dünya çempionatının qalibi, 37 yaşlı hücumçu Anxel Di Mariya 18 ildən sonra peşəkar karyerasına başladığı “Rosario Sentral” klubuna qayıdıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, futbolçu Argentina klubunda təqdim olunub. Tərəflər bir illik müqavilə imzalayıblar.

Di Mariya həmçinin Portuqaliyanın "Benfika", "Real", Argentinanın "Mançester Yunayted", Fransanın PSJ və İtaliyanın "Yuventus" klublarında çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 422

Oxşar yazılar