Ukraynada qabil gələn azərbaycanlı idmançılar Nicat Yusifov və Cəlal Cəlallı
07 iyun 2021 10:52 (UTC +04:00)

Ukraynada qabil gələn azərbaycanlı idmançılar Nicat Yusifov və Cəlal Cəlallı

Daha bir idmançımız erməniyə qalib gəldi

Ukraynanın Odessa şəhərində keçirilən Qarışıq İdman Növləri üzrə Dünya Çempionatında iştirak edən Nicat Yusifov və Cəlal Cəlallı qalib gələrək dünya çempionu adını qazanıblar. 

Lent.az xəbər verir ki, Nicat Yusifov finalda erməni əsilli rəqibi Qriqoryan Artura qalib gələrək 70 kiloqram çəki dərəcəsində dünya çempionu olub.

Bakı Nəqliyyat Agentliyinin əməkdaşı Cəlal Cəlallı isə ukraynalı rəqibinə qalib gələrək, 80 kiloqram çəki dərəcəsində çempionatın baş mükafatına layiq görülüb. 

Çempionat iyunun 3-dən 6-a kimi davam edib. Qeyd edək ki, yarışda dünyanın 16 ölkəsindən 800 idmançı iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Oxşar yazılar