Çempionlar Liqasının  əsas favoriti   AÇIQLANDI
11 fevral 2025 19:33 (UTC +04:00)

Çempionlar Liqasının əsas favoriti AÇIQLANDI

Fevralın 11-də Avropanın ən nüfuzlu klub turniri - Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarına start veriləcək. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bu oyunlar başlamazdan əvvəl superkompüter İngiltərənin “Liverpul” futbol klubuna əsas favorit statusu verib.

Opta superkompüterinin hesablamalarına görə, Çempionlar Liqasının 2024/25 mövsümünün qalibi olmağa əsas iddiaçı hazırda "Liverpul"dur. Proqnozlara əsasən, “qırmızılar” 24,6 faiz ehtimalla turnirin qalibi olacaq.

İlk 10 çempionluğa mümkün iddiaçılar bunlardır: “Arsenal” (16,6 faiz), “İnter” (14,5 faiz), “Barselona” (9,5 faiz), PSJ (6,3 faiz), “Real” (4,4 faiz), “Atletiko” (3,9 faiz), “Bayer” (3,7 faiz), “Atalanta” (3,5 faiz) və “Mançester Siti” (3,2 faiz).

Bu favoritlər siyahısı 1/16 final oyunları başa çatdıqdan sonra bir qədər azalacaq. Xüsusən də, azarkeşlər Çempionlar Liqasının son iki ilin qaliblərindən olan “Real” və ya birinci pley-off mərhələsində mübarizə aparacaq “Mançester Siti”dən birini 1/8 finalda görə bilməyəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 834

Oxşar yazılar