Naməlum şəxslər Serbiyanın "Partizan" klubunun futbol meydançasını yandırıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hücumçular Serbiya çempionatının 9-cu turunun "Srvena Zvezda" ilə oyunu öncəsi "Partizan" stadionunu yandırıblar.
Sentyabrın 22-də bir qrup naməlum şəxs stadion ərazisinə daxil olaraq tez alışan mayedən istifadə edərək ot örtüyünü yandırıblar. Onlar ot örtüyünə şüşə parçaları da töküblər.
“Partizan”ın nümayəndələri hadisə ilə bağlı polisə müraciət ediblər.
Qeyd edək ki, Serbiya çempionatının bu mövsümündə “Srvena Zvezda” 7 oyundan 19 xalla turnir cədvəlinə başçılıq edir.
“Partizan” 11 xalla yeddinci yerdədir.