"Bu mənim son oyunlarım ola bilər" - Messi AÇIQLADI
16 oktyabr 2024 09:35 (UTC +04:00)

"Bu mənim son oyunlarım ola bilər" - Messi AÇIQLADI

37 yaşlı hücumçu, "İnter Mayami"nin və Argentina millisinin kapitanı Lionel Messi Boliviya ilə oyunda het-trik etdikdən sonra milli komandadakı gələcəyini şərh edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, oyunçu milli komanda üçün heç bir müddət təyin etmədiyini deyib:

“Mən sadəcə olaraq həzz almaq və insanların sevgisini hiss etmək istəyirəm. Çünki bilirəm ki, bunlar mənim son oyunlarım ola bilər. Mən ili yaxşı başa vurub addım-addım getmək istəyirəm”.

Xatırladaq ki, 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 10-cu turu - Argentinanın Boliviya millisi ilə oyununda Lionel Messi het-trik edib və iki məhsuldar ötürmə edib. Futbolçu 2005-ci ildən Argentina millisində çıxış edir. Milli komandanın tərkibində Messi 2022-ci ildə dünya çempionatında qızıl medal qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6837
avatar

Oxşar yazılar