"Benfika"da korrupsiya QALMAQALI
15 oktyabr 2024 22:10 (UTC +04:00)

"Benfika"da korrupsiya QALMAQALI

Portuqaliya prokurorluğu Lissabonun "Benfika" futbol klubunu korrupsiyada ittiham edib və komandanın bütün turnirlərdən uzaqlaşdırılmasını tələb edib.

Lent.az xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” qəzeti məlumat yayıb.

Klubun keçmiş prezidenti Luis Filipe Vieira və keçmiş hüquq məsləhətçisi Paulo Qonçalves korrupsiya və vergi fırıldaqlarında ittiham olunurlar.

Prokurorluq "Benfika"nın 6 aydan 3 ilə qədər idman yarışlarında iştirakdan kənarlaşdırılmasını tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4209
avatar

Oxşar yazılar