“Benfika” 38-ci dəfə Portuqaliya çempionu oldu
29 may 2023 05:18 (UTC +04:00)

“Benfika” 38-ci dəfə Portuqaliya çempionu oldu

Futbol üzrə Portuqaliya çempionatında 2022-2023-cü il mövsümünün çempionunun adına aydınlıq gəlib.

Lent.az xəbər verir ki, "Benfika" mövsümün son turunda “Santa Klara"nı qəbul edib və 3:0 hesablı qələbə qazanıb.

Ümumilikdə, "Benfika" mövsüm ərzində 28 qələbə, 3 heç-heçə və 3 məğlubiyyətlə 87 xal toplayıb. Bununla da onlar "Portu"nu 2 xal qabaqlayaraq çempion adını qazanıblar.

Komanda son dəfə 4 il əvvəl öklə çempionu olmuşdu. Ümumilikdə isə bu, "Benfika"nın tarixində 38-ci çempionluqdur.

# 1584
avatar

Oxşar yazılar