ABŞ-ın Men ştatında basketbol üzrə məşqçi Rayan Martin bir saat ərzində səbətdən ən çox top keçirmə üzrə rekord qırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, onun 1134 uğurlu atışı üçün 60 dəqiqə kifayət edib.
Beləliklə, o, bir saat ərzində 1077 üç xallıq zərbə vurmağı bacaran Oreqonlu Daniel Lorionu geridə qoyub.
Daniel bu nailiyyəti 2012-ci ildə əldə edib və bu günə qədər hazırkı rekordçudur. Onun bu birinciliyi “Ginnesin Rekordlar Kitabı”nın nümayəndələrinin Martinin müraciətinə baxana qədər davam edəcək.