"Barselona"nın prezidenti Joan Laporta Çempionlar Liqasının yenilənmiş formatı ilə bağlı fikirlərini bölüşüb.
“Daha çox pul alacağımızı düşünürdüm, amma məlum oldu ki, daha çox oyunumuz var. Bu turnirdə qalib olmaq prestijlidir, amma hər şeyin fərqli olacağını gözləyirdim. Qrup mərhələsində artıq cavab oyunlarının olmaması vəziyyəti təhrif edir.
Super Liqa? O, heç vaxt olmadığı kimi yaşayır və onun üçün hər şey hazırdır. Amma futbol qurumları ilə anlaşmaq lazımdır. "Barselona” bu təşkilatlarla Super Liqa arasında körpü rolunu oynamalıdır", - Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Laporta deyib.
Çempionlar Liqasının ümumi mərhələsinin iki turundan sonra "Barselona" üç xal toplayıb və 17-ci yerdədir.