"Barselona" və "Bavariya"nın onunla bağlı  arzuları puç oldu
23 aprel 2024 19:29 (UTC +04:00)

"Barselona" və "Bavariya"nın onunla bağlı arzuları puç oldu

İspaniyalı mütəxəssis Unai Emeri Birminqemin “Aston Villa” ilə müqaviləsini 2027-ci ilə qədər uzadıb, 

Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir. Daha əvvəl çalışdırıcı ilə "Barselona" və "Bavariya"nın maraqlandığı bildirilirdi.

Mənbənin məlumatına görə, ispaniyalı İngiltərə klubunda xoşbəxtdir. Həmçinin bildirilir ki, “Aston Villa” rəhbərliyi və Emeri bu yay müqavilənin daha da uzadılmasını müzakirə etmək üçün danışıqlar masasına oturmaq niyyətindədirlər. Klubun sahibləri 52 yaşlı Emerini Ser Aleks Ferqyusonun öz versiyası kimi görürlər.

Xatırladaq ki, “Aston Villa”dan əvvəl Unai Emeri “Vilyarreal”da çalışıb. O, klubu ilə 2021/2022 mövsümündə Avropa Liqasının qalibi olub. Bundan əlavə, ispaniyalı "Sevilya" ilə bu turnirdə 3 dəfə qalib olub. Emeri PSJ-də də çalışıb və 2018/2019 mövsümündə Fransa çempionu olub. İki dəfə Fransa Kubokunu, iki dəfə Fransa Liqa Kubokunu və iki dəfə Fransa Super Kubokunu qazanıb.

# 1617
avatar

Oxşar yazılar