Azərbaycanda futbol məşqçisi vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Qeyd olunur ki, "Xəzər-Lənkəran" və "Sumqayıt" klublarının keçmiş baş məşqçisi Elbrus Məmmədov dünən 52 yaşında qəfil dünyasını dəyişib. Onun hansı səbəbdən ölməsi dəqiq bilinmir.