Azərbaycan Karate Federasiyasının vitse-prezidentləri seminarda iştirak ediblər
26 fevral 2024 10:27 (UTC +04:00)

Azərbaycan Karate Federasiyasının vitse-prezidentləri seminarda iştirak ediblər

Fevralın 22-25-də Bolqarıstanın Varna şəhərində Azərbaycan Karate Federasiyasının rəhbərliyi – vitse-prezidentlər Füzuli Musayev, Rəhman Hətəmov və baş katib Qabil Sayadov Kyokuşin Dünya Birliyinin (KWU) SENŞİ qış seminarında iştirak ediblər.

Lent.az-ın xəbərinə görə, seminar müddətində SENŞİ professional Liqa yarışları da təşkil olunub. 4 günlük seminarda dünyanın ən tanınmış kyokuşinkay karate, K-1, kudo, UFC, kikboksinq və senşi ulduzları iştirak ediblər. Onlar arasında Akira Masuda, Semmy Şilt, Albert Kraus, Fransisko Filyo, İvo Kamenov, Qlaub Feitosa, Yusuke Fuji və digər məşhur ustalar yer alıblar.

# 2253
avatar

Oxşar yazılar