AVRO-2024: Azərbaycan və Türkiyə millilərinin rəqibləri müəyyənləşdi
09 oktyabr 2022 15:03 (UTC +04:00)

AVRO-2024: Azərbaycan və Türkiyə millilərinin rəqibləri müəyyənləşdi

AVRO-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Lent.az-ın xəbərinə görə, Almaniyanın Frankfurt şəhərindəki tədbirdə Azərbaycan millisinin rəqibləri bəlli olub.

Yığmamız seçmə mərhələnin 53 iştirakçısı sırasında yer alıb. 4-cü səbətdə qərarlaşan yığmamız F qrupuna düşüb.

Canni de Byazinin yetirmələri Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq.

Qardaş Türkiyənin milliləri Xorvatiya, Uels, Ermənistan və Latviya ilə D qrupundadır.

Qeyd edək ki, 2023-cü ildə keçiriləcək seçmə mərhələdə qruplarda ilk iki yeri tutanlar AVRO-2024-ə vəsiqə qazanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3384
avatar

Oxşar yazılar