Alvaro Morata boşanmasından  DANIŞDI: “Mən məhv oldum,  o...”
20 avqust 2024 12:23 (UTC +04:00)

Alvaro Morata boşanmasından DANIŞDI: “Mən məhv oldum, o...”

"Milan"ın hücumçusu Alvaro Morata həyat yoldaşı Alisa Kampellodan ayrılmasının səbəblərini bölüşüb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, futbolçu ayrılıqdan çox narahat olduğunu etiraf edib.

“Alisa İspaniyada qalmaq istədi və bir daha köçmək istəmədi. Mən məhv olmuşam, amma zəmanət verirəm ki, onu heç vaxt aldatmamışam. O, mənim həyatımdakı ən vacib qadındır”, – ispan jurnalist Xavier de Oyos sosial şəbəkəsində Moratadan sitat gətirir.

Xatırladaq ki, 31 yaşlı Alvaro Morata iyul ayında İtaliyanın "Milan" klubunun futbolçusu olub. Klubla müqavilə 2028-ci il iyunun 30-na kimidir, daha bir il uzadılması mümkündür. Hücumçu yeddi nömrəli forma geyinəcək.

Morata karyerası ərzində "Real", "Yuventus", "Çelsi" və "Atletiko"da çıxış edib, 506 oyuna çıxıb və 172 qol vurub. O, iki dəfə UEFA Çempionlar Liqası, iki La Liqa kuboku, İtaliya və İspaniya liqaları, həmçinin son Avropa Çempionatı və 2022/2023 UEFA Millətlər Liqasının qalibi olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4707
avatar

Oxşar yazılar