Belçikada futbol zamanı2 qol vuran oyunçu rəqib tərəfdarlar tərəfindən cəzalandırılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə “KSCT Menen” və “SK Zillebeke” qarşılaşması zamanı baş verib. Hücumçu 26 yaşlı Fabio Şiafino 45 və 73-cü dəqiqələrdə rəqib qapısına qol vurub. O, ikinci qolun sevincini yaşayarkən rəqib azarkeşlər meydançaya naməlum maddə atıblar. Şiafino onu əlinə götürüb kənara atarkən maddə əlində partlayıb.
Xəstəxanaya aparılan futbolçu dərhal əməliyyat edilib və 3 barmağı kəsilib.
Hadisə anının görüntülərini təqdim edirik: