Türkiyənin "Qalatasaray" klubu Almaniya təmsilçisi "Borussiya Dotmund"un formasını geyinən Youssufa Moukoko ilə maraqlanır.
Lent.az Apasport.az-a istinadən xəbər verir ki, futbolçunun xidmətində maraqlı olan klublar sırasında "Betis" və "Nottingem Forest" də var.
19 yaşlı Moukokonun transfer qiyməti 22 milyon avro dəyərində qiymətləndirilir.
Qeyd edək ki, almanların heyətində ümumilikdə 99 matça çıxan gənc ulduz 18 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.