Maradona baba oldu
Futbol üzrə Argentina milli komandasının baş məşqçisi Dieqo Maradona baba olub.
Lent.az-ın məlumatına görə, əfsanəvi futbolçunun qızı Cannina İspaniyanın “Atletiko” klubunda çıxış edən Serxio Kun Aquradan bir oğlan dünyaya gətirib. Madriddəki xəstəxanalardan birində doğulan uşağa Leonel adı verilib. Körpənin və ananın vəziyyətlərinin yaxşı olduğu bildirilir.
Maradonanın ən kiçik qızı olan Cannina evlənmədən övlad sahibi olub. İlk dəfə baba olmaq həyəcanı yaşayan veteran futbolçu qızının yanında olmaq üçün bir həftəyədək İspaniya paytaxtında qalıb.
Uşağın atası Kun isə “Atletiko”nun məşqinə çıxmayıb. Leonelin atasının Serxio Aquera, babasının isə Maradona olması ilə əlaqədar İspaniya mətbuatı futbol zəkası çox güclü olacaq övladın dünyaya gəldiyini yazıb.

Oxşar yazılar

Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24