Rusiya və Ermənistan Azərbaycana rəqib oldu
Sabah Fransanın Klermon-Ferran şəhərində start götürəcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun püşkü atılıb.
Lent.az-ın Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışda iştirak edəcək Azərbaycan milli komandası Rusiya, Ermənistan və Macarıstan yığmaları ilə birgə A qrupuna düşüb.
B qrupunda isə Fransa, Çin, Kuba və Qazaxıstan milliləri yer alıb. Püşkə əsasən, turnirin ilk günündə qrup mərhələsinin oyunları keçiriləcək. Azərbaycan təmsilçiləri əvvəlcə Rusiyadan olan rəqibləri ilə üz-üzə gələcəklər. Daha sonra yığmamız Ermənistan və Macarıstanı sınağa çəkəcək.
Ertəsi gün isə final görüşləri baş tutacaq. Qrup qalibləri öz aralarında keçiriləcək görüşdə Dünya Kubokunun sahibini müəyyənləşdirəcəklər. Qruplarda sonrakı pillələri tutanlar isə müvafiq olaraq, 3-cü, 5-ci və 7-ci yerlər uğrunda mübarizə aparacaqlar.

Oxşar yazılar

"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06