“Azərikimya” “Neftçi” İSM-i himayəyə götürdü - EKSKLÜZİV
“Neftçi” İdman Sağlamlıq Mərkəzinin (İSM) eyniadlı futbol komandası “Azərikimya” İstehsalat Birliyinin (İB) himayəsinə keçib.
Bu haqda Lent.az-a “Neftçi” İSM-in prezidenti Sadıq Sadıqov məlumat verib. Onun sözlərinə görə, hazırda I divizionda çıxış edən “Neftçi” İSM-ə bundan sonra “Azərikimya” İB sponsorluq edəcək. Komanda isə Bakını deyil, Sumqayıtı təmsil edəcək. Yaxın vaxtlarda komandanın adının dəyişdiriləcəyi gözlənilir: “Açığı, “Neftçi” İSM I divizionda yüksək yerlər uğrunda da oynaya bilərdi. Sadəcə, mən “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti olduqdan sonra “Neftçi” İSM-ə bilərəkdən tələbkarlığı azaltdım. Çünki iki komandaya eyni şəxsin rəhbərlik etməsi müəyyən söz-söhbətlər yarada bilərdi. Amma özüm qurduğum komandanı buraxmaq da mənim üçün ağır idi. Ona görə də “Neftçi” İSM futbol komandasının başqa təşkilatın himayəsinə verilməsini təklif etdim. Artıq rəsmi səviyyədə qərar qəbul olunub. Bundan sonra komandaya “Azərikimya” İB himayədarlıq edəcək”.
Sadıqov 2010-2011-ci il mövsümünün startınadək klubun adının dəyişdirilməsi və Sumqayıtı təmsil etməsi istiqamətində hüquqi sənədləşmə işlərinin aparılacağını da diqqətə çatdırıb.
Qeyd edək ki, “Azərikimya” İB-nin sədri vəzifəsinə bu yaxınlarda Muxtar Babayev təyin olunub. Babayev bu təyinatadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb.

Oxşar yazılar

Norveç millisi İtaliyanı darmadağın etdi
7 iyun 2025 , 01:02
“Tottenhem” baş məşqçisini istefaya göndərdi
6 iyun 2025 , 23:52
Millimiz Qazaxıstanı məğlub etdi
6 iyun 2025 , 21:23
“Mançester Yunayted”in transfer təklifi rədd edildi
6 iyun 2025 , 19:17
"Arsenal"ın gənc oyunçusuna 4 il həbs cəzası verildi
6 iyun 2025 , 14:34
Lamin Yamal 112 il əvvəlki rekordu təkrarladı
6 iyun 2025 , 11:58
Hazırda dünyanın 100 ən yaxşı futbolçusunun adı AÇIQLANDI
6 iyun 2025 , 09:49