İrəvanda Azərbaycan bayrağı yüksələcək!
Ermənistanın paytaxtı İrəvanda gənclər arasında keçirilən boks üzrə dünya çempionatında Azərbaycan bayrağı yüksələcək. Lent.az-ın məlumatına görə, 64 kq çəki dərəcəsində yarışan Pərviz Bağırov yarımfinala yüksəlməklə mükafatçılar sırasında yerini təmin edib.
Bağırov ¼ finalda litvalı Eymantas Stanionisi üstələyib. İlk raunddan üstünlüyü ələ alan təmsilçisimiz əvvəlcə 3:1, sonra 5:4, həlledici raundda isə 5:2 hesabı ilə qalib gələrək, yekunda 13:7 hesablı qələbə çalıb.
Bu qələbə sayəsində boksçumuz ən azı bürünc medala sahib olub. O, dekabrın 6-da keçiriləcək yarımfinal görüşündə qvatemalalı rəqibi Lester Normandi Martines Tutu da yensə, finala yüksələcək və dünya çempionluğunun bir addımlığında olacaq.
Lakin bu, hələ son deyil. Bakı vaxtı ilə saat 15:30-da 75 kq çəkidəki boksçumuz Orxan Mayıllı qazaxıstanlı Daulet Bayqabatova, saat 15:45-də isə 91 kq-da yer alan Rahil Məmmədli ingiltərəli Daniel Uilyamsa qalib gəlsə, ölkəmizin aktivinə növbəti medallar yazılacaq.
Elşən Məmmədov

Oxşar yazılar

Anri Messi və Ronaldosuz tarixin ən yaxşı 5 futbolçusunu AÇIQLADI: Onlardan birini dahi hesab edir
23 iyul 2025 , 18:41
Məşhur futbolçuya 600 min dollarlıq oğurluq İTTİHAMI
23 iyul 2025 , 17:17
Futbol aləmində maraqlı HADİSƏ: Ata oğlunu transfer etdi
23 iyul 2025 , 13:53
Caka Premyer Liqaya qayıdır: Komanda da məlumdur
23 iyul 2025 , 11:49
Zlatan məşhur döyməsini silmək qərarına gəldi, hətta...
23 iyul 2025 , 09:39
"Barselona" Avropada ən çox qol vuran komandadır
22 iyul 2025 , 19:46
"Liverpul"un əfsanəvi futbolçusu vəfat etdi
22 iyul 2025 , 14:28