Qaydaların pozulduğu şənlik
04 oktyabr 2021 16:03 (UTC +04:00)

Qaydaların pozulduğu şənlik

"Zümrüd" şadlıq evinin sahibi işçilərə görə cərimələndi

Mingəçevir şəhərində fəaliyyət göstərən  “Zümrüd” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən xəbərə görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2727
avatar

Mehman Nəbiyev

Oxşar yazılar