Yeniyetməni  zorlayıb qaçmışdı:   Azərbaycana gətirildi
10 fevral 2022 17:32 (UTC +04:00)

Yeniyetməni zorlayıb qaçmışdı: Azərbaycana gətirildi

Axtarışa verilən şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 1993-cü il yanvarın 22-dəki Konvensiyanın tələblərinə uyğun olaraq  Baş Prokurorluğun  Azərbaycan vətəndaşı Mustafayev Röyal Fərman oğlunun ekstradisiyası haqqında vəsatəti Rusiyanın Baş Prokurorluğu təmin edib.

Şəmkir rayon Polis Şöbəsinin icraatında olan cinayət işi üzrə R.Mustafayevin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmasına dair əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində 2021-ci il aprelin 23-də həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

R.Mustafayev ötən il avqustun 24-də Rusiyada müəyyən edilərək saxlanılıb.

2022-ci il fevralın 9-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Röyal Mustafayev Rusiyadan Azərbaycana gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3030
avatar

Mehman Nəbiyev

Oxşar yazılar