“Xeyir-şər evi”nin tikintisi yasa döndü - FACİƏ
13 avqust 2021 15:17 (UTC +04:00)

“Xeyir-şər evi”nin tikintisi yasa döndü - FACİƏ

Qubada fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Quba rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, avqustun 12-si saat 17 radələrində Quba rayon sakini 54 yaşlı Elman Abbasovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən olunub ki, Elman Abbasov fəhlə işlədiyi Quba şəhərində yerləşən “Şaving İnşaat” MMC-yə məxsus torpaq sahəsində tikilməkdə olan “xeyir-şər evi”nin inşası zamanı yükqaldırıcının mexanizminin pozulması nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3927
avatar

Mehman Nəbiyev

Oxşar yazılar