Xaçmazda ana və uşaq doğuş zamanı ölüb
09 oktyabr 2014 17:31 (UTC +04:00)

Xaçmazda ana və uşaq doğuş zamanı ölüb

0
 Azərbaycanda doğuş zamanı ana və uşaq ölümü faktı qeydə alınıb.

 

APA-nın şimal bürosu xəbər verir ki,  hadisə oktyabrın 9-da qeydə alınıb. Xaçmaz şəhəri,  Müslüm Maqomayev küçəsində yaşayan 1981-ci il təvəllüdlü  Arzu Rəhim qızı İsmayılova  və körpəsi doğuş zamanı ölüb. Hadisə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində   baş verib.

 

Xəstəxanada APA-ya faktı təsdiqləyiblər.

 

Faktla bağlı araşdırma aparılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1795

Oxşar yazılar