
Şəmkirdə avtomobil qaçıran şəxs saxlandı
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəmkir RPŞ-yə ərizə ilə müraciət edən rayonun Yeniyol kənd sakini Rəhman Babayev kənd ərazisində ona məxsus “VAZ 2106” markalı avtomobilinin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığı barədə məlumat verib. Daxil olmuş müraciət əsasında RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb. Keçirilən tədbirlər nəticəsində vətəndaşa məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Şəmkir rayon Qaracəmirli kənd sakini 20 yaşlı Asiman Alıyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, A. Alıyev qaçırdığı avtomobildən 300 manat nağd pulu və 4 ədəd səsgücləndiriciləri də götürüb satmaq üçün rayonun Təzəkənd ərazisində gizlədib.
Fakla bağlı araşdırmalar davam etdirilir.
Oxşar yazılar

Biləsuvarda ŞOK: ailəsi kişinin meyitini buradan tapdı
21 may 2025 , 19:33
Gənclik parkında anası ilə görüntülü danışarkən öldü
21 may 2025 , 18:43
Ata traktorla qızını əzib öldürdü
21 may 2025 , 18:07
Səkkizinci mərtəbədən yıxılan uşaq sağ qaldı
21 may 2025 , 17:11
İki santimetrə görə evinə kompensasiya vermədilər
21 may 2025 , 16:57
Azərbaycanda qadınları fotoları ilə şantaj edən TUTULDU
21 may 2025 , 16:21
DTX-nın tutduğu hərbçiyə HÖKM OXUNDU
21 may 2025 , 15:18