Qubada partlayış: 1 yaralı  - YENİLƏNİB
20 noyabr 2013 16:31 (UTC +04:00)

Qubada partlayış: 1 yaralı - YENİLƏNİB

Bu gün Quba rayonunda yaşayış evində partlayış olub.


 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən ikimərtəbəli yaşayış binasının, 4-cü mənzilində qeydə alınıb.

 

Partlayış nəticəsində 72 yaşlı Səbirə Kərimova müxtəlif bədən xəsarətləri alaraq, Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisəyə qaz sızmasının səbəb olduğu ehtimal edilir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 962

Oxşar yazılar