
Prokuror Fədayə Laçına "yox" dedi
Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında birinci instansiya məhkəməsinin çıxardığı hökmün ədalətli olduğunu deyib. O, müdafiə tərəfinin verdiyi apellyasiya şikayətinin təmin olunmamasını və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməməsini istəyib.
Söz müdafiə tərəfinə verilib. Vəkillər isə replika çıxışı ilə bağlı məhkəmədən vaxt istəyiblər.
Hakim vəsatəti təmin edib.
Proses mayın 6-dək təxirə salınıb.
Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.
Oxşar yazılar

Cəlilabadda 2 hektar yeri yandıran cəzalandırıldı
21 avqust 2025 , 19:46
Ağstafa sakini evində ölü tapıldı
21 avqust 2025 , 19:33
Bakıda ərəb turistlərdən daha bir QALMAQALLI VİDEO
21 avqust 2025 , 18:50
MN-nin sabiq maliyyə rəisi 6 milyonluq mənimsəmədə ittiham olunur
21 avqust 2025 , 18:39
Küçə itlərindən qaçan qadını maşın vurub öldürdü
21 avqust 2025 , 18:21
Masallıda su anbarında batan kişinin meyiti tapıldı - YENİLƏNİB
21 avqust 2025 , 18:20
Ağdərədə yanğın partlayışlara səbəb oldu, yaralanan var
21 avqust 2025 , 18:08