
Motosiklet yük maşınına çırpıldı: ata öldü, oğlu yaralandı
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 26-da Xətai rayonunun N.Tusi küçəsi ev 39-un qarşısında Bakı şəhər sakini Roman Qorlanov idarə etdiyi “Zontes” markalı motosikleti yolun kənarında dayanmış “Foton” markalı yük avtomobilinə vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Oxşar yazılar

Gəncədə ağır qəza, 4 nəfər xəsarət aldı
20 avqust 2025 , 00:30
Gədəbəydə ev yandı, tüstüdən zəhərlənənlər var
19 avqust 2025 , 23:43
Azərbaycanda qazi həbs edildi - 100 minlik dələduzluq
19 avqust 2025 , 23:06
Evin həyətində meyit tapıldı
19 avqust 2025 , 19:37
Zərərçəkənlər ifadə verdi - Vardanyanın MƏHKƏMƏSİ
19 avqust 2025 , 19:35
Bakıda kuryer işləyən yazıçının meyiti tapıldı - YENİLƏNİB
19 avqust 2025 , 19:33
"Qrinviç"də atışmaya görə tutulan azərbaycanlı sərt rejimli həbsxanaya köçürüldü
19 avqust 2025 , 19:08