Həbsdə olan “NİDA”çının babası öldü - YENİLƏNİB
13 sentyabr 2013 23:50 (UTC +04:00)

Həbsdə olan “NİDA”çının babası öldü - YENİLƏNİB

N!DA Vətəndaş Hərəkatının hazırda həbsdə olan üzvü Rəşadət Axundovun babası Ənayət Axundov bu gün gecə saatlarında vəfat edib. Bu barədə Rəşadət Axundovun həyat yoldaşı Türkan öz facebook profilində status paylaşıb.
 
Musavat.com-un məlumatına görə, Rəşadət Axundovun babası Ənayət Axundov aparıldığı Sabunçu rayon xəstəxanasında dünyasını dəyişib. 
 
 

***

Dünən N!DA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Rəşadət Axundovun babası Ənayət Axundov intihara cəhd edib.
 

AzNews.az-ın məlumatına görə, Ə.Axundov dünən axşam saatlarında prokurorluğun R.Axundova qarşı yeni ittiham irəli sürməsi barədə xəbəri aldıqdan sonra damarlarını kəsərək intihar etmək istəyib. Ramana qəsəbəsində yaşayan Ə.Axundov dərhal Sabunçu rayon xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Ə.Axundov hazırda Sabunçu xəstəxanasındadır. Vəziyyəti stabildir.


Məlumat üçün qeyd edək ki, 1939-cu il təvəllüdlü Ə.Axundov 45 il müəllim işləyib. 20 il Beyləqan rayonunda məktəb direktoru olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1339

Oxşar yazılar