. Bakının Nərimanov rayonu, Heydər Əliyev prospekti ilə hərəkət edən sürücü qəza törədib. APA-nın məlumatına görə, "KİA Optima" markalı, 90 RS 460 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək “Şəfa” stadionunun yaxınlığında yoldan çıxıb. Avtomobil prospektdəki işıq dirəklərinə çırpılıb, nəticədə sürücü yüngül bədən xəsarətləri alıb. Nərimanov Rayon Yol Polisi İdarəsindən verilən məlumata görə, qəzaya yüksək sürət səbəb olub. Qəza ilə bağlı prospektdə sıxlıq meydana gəlib. Qəza törədən maşın ərazidən evakuasiya edildikdən sonra nəqliyyatın hərəkəti tam bərpa olunub.

Oxşar yazılar

Şəmkirdə 15 yaşlı qız bədbəxt hadisə nəticəsində öldü
24 iyul 2025 , 00:15
Şəmkirdə bıçaqlanmanın təfərrüatları məlum oldu
23 iyul 2025 , 23:03Aeroport yolunda maşın arakəsməni yarıb divara çırpıldı -VİDEO
23 iyul 2025 , 22:56
Ucar yolunda iki "Mercedes" toqquşdu, 11 nəfər yaralandı - YENİLƏNİB
23 iyul 2025 , 22:21
Saatlıda maşın qadını vurub öldürdü-YENİLƏNİB
23 iyul 2025 , 22:14
Gəncədə ƏMƏLİYYAT: axtarışda olan şəxs müqavimət göstərdi, polis atəş açdı
23 iyul 2025 , 20:07
Bakıda kişi pilləkəndən yıxılıb öldü
23 iyul 2025 , 19:33