
Azərbaycanda “Qədim” ləqəbli narkotacir saxlanıldı
Sabunçu rayonunda ictimai-asayişin pozaraq vətəndaşa qarşı xuliqanlıq edən şəxs saxlanılıb.
DİN-dən Lent.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində xuliqanlıq etməkdə şübhəli bilinən paytaxt sakini Hikmət Vəlizadə tutulub. Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 0,346 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.
H.Vəlizadə ifadəsində narkotik vasitəni “Qədim” kimi tanıdığı şəxsdən öz istifadəsi üçün aldığını bildirib. 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində H.Vəlizadəyə heroini satan Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş İman Qədimov da tutularaq saxlanılıb. Tutulan zaman onun üzərindən 0,518, yaşadığı evdən isə güclü psixotrop təsirə malik 1 kiloqram 15 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İ.Qədimov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar yazılar

Gəncədə ağır qəza, 4 nəfər xəsarət aldı
20 avqust 2025 , 00:30
Gədəbəydə ev yandı, tüstüdən zəhərlənənlər var
19 avqust 2025 , 23:43
Azərbaycanda qazi həbs edildi - 100 minlik dələduzluq
19 avqust 2025 , 23:06
Evin həyətində meyit tapıldı
19 avqust 2025 , 19:37
Zərərçəkənlər ifadə verdi - Vardanyanın MƏHKƏMƏSİ
19 avqust 2025 , 19:35
Bakıda kuryer işləyən yazıçının meyiti tapıldı - YENİLƏNİB
19 avqust 2025 , 19:33
"Qrinviç"də atışmaya görə tutulan azərbaycanlı sərt rejimli həbsxanaya köçürüldü
19 avqust 2025 , 19:08