
Masallı sakini Balakəndə narkotiklə tutuldu
Masallı sakini külli miqdarda narkotiklə Balakəndə tutulub.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hənifə kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyi narkotik vasitəni
qurutmaq üçün sərən Masallı rayon sakini 21 yaşlı Sadiq Mirzəquliyev şübhəli şəxs qismində saxlanılıb. Belə ki, S. Mirzəquliyevin çöl sahədə sellofan örtüyün üzərinə qurutmaq üçün sərdiyi 22 kq-a yaxın marixuana və 123 ədəd yabanı halda bitmiş çətənə bitkisi həmin ərazidən aşkar edilərək maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı S.Mirzəquliyev barəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar yazılar

Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü
20 avqust 2025 , 13:48
Rüşvət alan 3 polis həbs olundu
20 avqust 2025 , 13:19
Azərbaycanlı qadının çürümüş meyiti tapıldı
20 avqust 2025 , 12:50
Bu ölkədə azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu
20 avqust 2025 , 12:21İtkin düşən azərbaycanlı Ukraynada həlak oldu
20 avqust 2025 , 12:11
Bakıda günəş panelləri oğurlandı
20 avqust 2025 , 12:06
Şəkidə restoranda ÖLÜM
20 avqust 2025 , 10:52