
Məktəblilərə siqaret satanlar cərimələndi
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 28-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində Hövsan qəsəbəsində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.
Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.
Oxşar yazılar

Xaçmazda FACİƏ: 21 yaşlı qız binadan düşüb öldü
22 avqust 2025 , 10:52
Motosiklet dirəyə çırpıldı, ölən var
22 avqust 2025 , 10:37
Bakıda yolu keçən kişini maşın belə vurdu - ANBAAN VİDEO
22 avqust 2025 , 10:17Şəkidə meşədə narkotik əkən şəxs saxlanıldı
22 avqust 2025 , 09:40
“Blok3” haqda istintaq başladıldı
22 avqust 2025 , 09:22
Tovuzda piyadanı avtomobil vurub öldürdü
21 avqust 2025 , 23:12
Ağcabədidə maye qazdoldurma məntəqəsi yandı, üç nəfər xəsarət aldı - VİDEO
21 avqust 2025 , 22:55