Qarpızı  necə kəsmək lazımdır? - İndiyə kimi səhv edirmişik
22 avqust 2025 09:54 (UTC +04:00)

Qarpızı necə kəsmək lazımdır? - İndiyə kimi səhv edirmişik

Yay aylarının sevimli giləmeyvəsi olan qarpızı kəsməzdən əvvəl mütləq yumaq lazımdır. Əks halda bu, sağlamlıq üçün təhlükə yarada bilər.

Lent.az xəbər verir ki, bıçaq üzrə mütəxəssis Konstantino Delnero qarpız kəsməyin düzgün üsulu ilə bağlı xəbərdarlıq edib.

Onun sözlərinə görə, “peçenye üsulu” ilə kəsmək həm onu yeməyi çətinləşdirir, həm də bir hissəsinin israfına səbəb olur. Bu halda qaşıq və ya çəngəl tələb olunur, üstəlik əllər tez yapışqan olur.

 Ən doğru üsul qarpızı üçbucaq dilimlər şəklində kəsməkdir. Bu zaman uzun qabıq onu əllə rahat tutmağa imkan verir. Əgər qarpız çəngəl və ya diş çubuqları ilə süfrəyə veriləcəksə, onu kubik formasında doğramaq məsləhətdir. Bu həm rahatdır, həm də israfı azaldır.

Mütəxəssislər əlavə edirlər ki, yemiş seçərkən onun ətrinə diqqət yetirmək lazımdır. Xoş qoxulu yemiş daha dadlı olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar