Xaçmazda faciəli hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə Xaçmaz şəhərində qeydə alınıb.
Şəhər sakini, 2004-cü il təvəllüdlü İskəndərova Rəvanə Araz qızı yaşadığı hündürmərtəbəli binadan düşərək ölüb.
Hadisənin baş vermə səbəbləri məlum deyil.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.