
Ağdaşda narkotacir tutuldu
Ağdaş sakininin evində çətənə bitkiləri aşkar olunub
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçiriblər. Belə ki, mayın 16-da əldə edilmiş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Dəhnəxəlil kənd sakini 61 yaşlı Elbrus İsmayılov saxlanılıb.Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 61 ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı E.İsmayılov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar yazılar

Polislə intim münasibətdə olan müstəntiq intihar etdi
20 avqust 2025 , 17:12
Bakıda evdən çürümüş meyit tapıldı - YENİLƏNİB
20 avqust 2025 , 17:01
Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI
20 avqust 2025 , 16:50
Bakıda 20 yaşlı oğlan müəmmalı şəkildə öldü
20 avqust 2025 , 16:43
"Vasmoy" bazarında ÖLÜM
20 avqust 2025 , 15:31
Yeni doğduğu körpəsini satdı
20 avqust 2025 , 15:16
Kamran Əliyevdən YENİ TƏYİNATLAR
20 avqust 2025 , 14:53